Super Kubokda “Xəzər Lənkəran”a məğlub olan "Neftçi" rəhbərliyinin Tərlan Əhmədovu istefaya göndərəcək. Futbolinfo.az xəbər verir ki, bu xəbəri klub prezidenti Sadıq Sadıqov da təsdiqləyib.
 
Naxçıvandakı qarşılaşmada 1:2 hesablı məğlubiyyətdən sonra "ağ-qaralar"ın rəhbəri Əhmədovun işindən uzaqlaşdırılacağını bəyan edib.
 
Cari çempionatda da sabit çıxış etməyən paytaxt klubunda Əhmədovu kimin əvəz edəcəyi hələ dəqiq deyil.
 
Qeyd edək ki, Tərlan Əhmədov bu postda Böyüakağa Hacıyevi əvəz etmişdi. Amma o, geridə qalan 10 turda baş məşqçi kimi təsdiqlənməmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp