“Qarabağ” “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başlayıb. Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 11-ci turunda lənkəranlıların qonağı olacaq komanda bu gün tam heyətlə hazırlığa başlayıb.
 
Bazar günü “Sumqayıt”la (3:0) baş tutan mücadilənin ertəsi bərpa məşqi keçən komanda dünən istirahət etmişdi. Bu gündən isə 2 çalışmayla hazırlıqlar sürətlənib. “Qarabağ”ın səhər çalışması 11:00-da İdman Akademiyasının meydançasında baş tutub. 2-ci məşq də eyni meydançada baş tutacaq.
 
“Qarabağ” sabah da Bakıda məşq edib cümə günü Lənkərana yola düşəcək.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu bazar günü 19:00-da keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp