“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Azərbaycan Super Kuboku uğrunda “Xəzər Lənkəran”a qarşı keçirilmiş oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
 
“Bu iki komanda arasındakı oyunlar həmişə gərgin mübarizə ilə yadda qalır. Əsas bayram isə oyunun Naxçıvanda keçirilməsi idi. İstədik qələbə qazanaq. İki fərqli hissə oldu. İkinci hissədə daha yaxşı oynadıq. Amma alınmadı. Qarşıda uzun marafon var, çalışacağıq ki qələbə qazanaq. Biz məşqçilərin “çemodan”ı həmişə qapı ağzında olur. Əgər rəhbərlik tərəfindən istefa qərarı verilsə, bunu qəbul edib gedəcəyik. “Neftçi” bizdən öncə də olub, indi də var. Bizdən sonrada olacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp