“Düşünürəm ki, bu gün güclü olan tərəf qalib gəldi. Biz qələbəyə layiq idik. Qırmızı vərəqədən sonra bizim üçün çətin olacağını bilirdik”.
 
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran” – “Neftçi” arasında keçirilən Super Kubok oyunundan sonra lənkəranlıların baş məşqçisi Con Toşak deyib. O, qırmızı vərəqənin təxribat oluğunu bildirib. “Tounkaranın qırmızı vərəqəsi mənim üçün qaranlıq qaldı. Belə başa düşürəm ki, o təxribatın qurbanı oldu”.
 
Uelsli mütəxəssis Rəhim Həsənovun penalti qərarını dəyişməsinə də münasibət bildirib: “Təbii ki, bu qərar icra olunsa, daha yaxşı olardı. Amma verilmədi. Nəyə görə qərarını dəyişdi, bunu başa düşmədim”.
 
Toşak təcili tibbi yardım maşınının onu az qala vurmasına isə belə şərh verib: “Yəqin onu “Neftçi”nin prezidenti göndərmişdi. Bir oyunçuya  görə iki ambulans gəlmişdi. Yəqin ikincini mənə görə göndərmişdi” (gülür).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp