Uzun fasilədən sonra yenidən bərpa olunan Super Kubok oyunu nəhayət baş tutdu. Futbolinfo.az xəbər verir ki, əzəli rəqiblər “Xəzər Lənkəran” və “Neftçi” arasında baş tutan qarşılaşma cənub təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.
 
Oyunu kənardan izləyən “Xəzər Lənkəran”ın gənc qapıçısı Orxan Sadıqlı saytımıza açıqlamasında azarkeşlərə borcu qaytardıqlarını bildirib:

“Çox sevinirəm ki, kuboku biz qazandıq. Mən oynamasam da, ən az onlar  qədər həyəcan keçirdim. Azarkeşlərə kubok borcumuz vardı və onu da qaytardıq. Hakimin penalti qərarına təəccübləndim. Amma sonra qərarını dəyişdi. Azlıqda qaldıq, çətin oldu. Azarkeşlərə də dəstəyə görə, təşəkkür edirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp