Kolumbiya futbolunda növbəti kuryoz hal yaşanıb. Futbolinfo.az xəbər verir ki, ölkə çempionatının 15-ci turu çərçivəsində “Boyako Çiko”nun qonağı olan “İndependyente”nin futbolçuları meydana saxta forma ilə çıxmalı olublar.
 
Belə ki, qonaqların inzibatçısı futbolçuların formalarını səfərə gətirməyi unudub. Nəticədə “İndependyente” vəziyyətdən çıxış yolunu yaxınlıqdakı mağazaya üz tutmaqda görüblər. Oradan alınan dəsti 4,66 avroya başa gələn formalar işə yarayıb.
 
Matç isə “İndependyente”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp