"Barselona" rəhbərliyi Andres İnyesta ilə müqaviləni yeniləmək üçün yarımmüdafiəçi ilə razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun vitse-prezidenti Xosep Mariya Bartomeu açıqlamasında deyib.
 
Onun sözlərinə görə, yaxın günlərdə bu məsələ rəsmiləşəcək: "İnyesta ilə beş illik yeni müqavilə imzalayacağıq. Əminəm ki, bu, onun son sözləşməsi olmayacaq".
 
Xatırladaq ki, ispan oyunçu klubun ona təklif etdiyi birinci müqaviləni rədd etmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp