İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon "Qızıl Top" mükafatı ilə bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, "Sky Spors"a danışan İtaliya millisinin kapitanı öz seçimlərini də mətbuatla bölüşüb:
 
“Bu il Frank Riberi mükafatı qazanmağa daha şanslıdı. İl ərzində qazanılan kuboklar həlledici olur. Bu baxımdan ötən mövsüm "Bavariya" ilə bütün titulları qazanan Riberinin "Qızıl Top" mükafatını qazanmağa daha şanslı olduğunu düşünürəm. Messi dünyanın ən yaxşı futbolçusudu. Ancaq Ronaldo son dönəmlərdə daha yaxşı formadadı".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp