"Simurq"la yeni müqavilə bağlayan İlkin Qırtımov "Bakı"ya keçə bilərmiş. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç "Xəzər Lənkəran"a keçən "Neftçi"nin müdafiəçisi Slavik Alxasovla yanaşı, Qırtımovu da sərəncamında görmək istəyirmiş.
Lakin keçid son anda baş tutmayıb. Bu, müdafiəçinin öz istəyi ilə olub. Qırtımov Zaqatalada yaşamasını və orada qalmaq istədiyini əsas gətirərək bakılıların təklifini rədd edib.






