Avroliqa Superkubokunun mövsümöncəsi oyunları 2026-cı ilin sentyabr ayında keçiriləcək. “BasketNews” portalı öz mənbələrinə istinadən ilk turnirə Əbu-Dabinin ev sahibliyi edəcəyini xəbər verib.

İştirakçılar arasında “Olimpiakos”, “Real” Madrid və “Fənərbağça” (hazırkı çempion, finalçı və keçmiş çempion) yer alır. Superkubok turnirinin dördüncü iştirakçısı hələlik məlum deyil. Avroliqa bu yeri boş saxlayaraq hansısa komandaya xüsusi dəvət verə bilər.

Avroliqa İdarə Heyətinin növbəti iclası bu ayın 26-na planlaşdırılıb. Mövsümöncəsi turnirin formatı və tarixləri ilə yanaşı, iclasda 2026/2027 Avroliqa mövsümündə iştirak edən komandaların yekun siyahısı da açıqlanacaq.

Shares: