“Hesabda irəlidə olarkən qalib gələ bilməmək çox üzücüdür”. Bunu Bosniya və Herseqovina millisinin baş məşqçisi Serqey Barbares DÇ-2026-da Kanadaya qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis heç-heçə yekunlaşan qarşılaşmanı şərh edib: “Matç boyunca yaxşı fürsətlər qazandıq. Bəzi epizodlarda bəxtimiz gətirdi. Son nəticədə hesab oyuna görə oldu. 1 xalı bizim üçün yaxşı hesab edirəm”.
Qeyd edək ki, Kanada – Bosniya və Herseqovina oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.






