“Neftçi” və “Zirə”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqiblərinin siyahısı dəqiqləşib.

Yarışa II təsnifat mərhələsindən qoşulacaq “Neftçi”nin potensial rəqibləri “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa), “Apollon” (Kipr) klublarından, həmçinin ilk təsnifat mərhələsində üz-üzə gələcək “Dinamo” (Albaniya) – “Astana” (Qazaxıstan), “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri olacaq.

I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılşacaq “Zirə”nin növbəti raunddakı potensial rəqibləri isə AEK (Kipr), “ÇFR Kluj” (Rumıniya), “Spartak” (Slovakiya) klublarından biri və ya “Heqelman” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Shares: