Ukraynalı məşqçi Vladislav Lupaşkonun Azərbaycanda çalışmaq ehtimalı azalıb.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bunu 39 yaşlı mütəxəssis özü açıqlamasında deyib.
O, Azərbaycan və Qazaxıstan da daxil olmaqla bir neçə təklifin olduğunu gizlətməyib. Lakin Lupaşko ilk olaraq digər variantları nəzərdən keçirəcəyini bildirib. Ukraynalı nümayəndələrinin daha yaxşı layihə üzərində işlədiyini vurğulayıb.
Qeyd edək ki, son olaraq Ukraynanın “Karpatı” klubunu çalışdıran Vladislav Lupaşko bu ilin əvvəlindən işsizdir.






