Avstriya yığması 28 ilik fasilədən sonra dünya çempionatına qələbə ilə başlayıb. Bunu Avstriya milisinin baş məşqçisi Ralf Ranqnik DÇ-2026-nın J qrupunun İordaniyaya qarşı I turunun oyunundan (3:1) sonra mətbuat konfransında bildirib.
“Matçdan əvvəl də mətbuata demişdim ki, bu dünya çempionatında artıq bir çox sürprizlər görmüşük. İordaniya çox təhlükəli, qapanan və sürətli əks-hücumlar edən komandadır. Oyunçuların reaksiyasından razıyam. İkinci hissənin əvvəlində qapımızda qol görsək də, komanda intizamı itirmədi. Romano Şmidin fərdi keyfiyyəti və Marko Arnautoviçin son nöqtəni qoyması bizə vacib 3 xalı qazandırdı”, – mütəxəssis vurğulayıb.
O, hədəfin qrupdan çıxmaq olduğunu sözlərinə əlavə edib: “28 illik fasilədən sonra mundiala qələbə ilə başlamaq mükəmməldir. Lakin Argentina və Əlcəzair kimi rəqiblərin olduğu qrupda hələ heç nə bitməyib. İndi növbəti oyunlara fokuslanmalıyıq. Məqsəd qrupdan çıxmaqdır”.






