“Şəfa”da qalmaq planlarım var idi. Lakin Elgiz Kərəmli getdikdən sonra yeni gələn məşqçilərlə baxışlarımız üst-üstə düşmədi. Buna görə də komandadan ayrılmağı daha düzgün addım hesab etdim. Qarşılıqlı razılıq əsasında ayrıldım”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında İbrahim Əliyev deyib.

Əliyev ötən mövsümə “İmişli”də başladığını, daha sonra isə “Şəfa”ya keçdiyini xatırladıb və bu mərhələlərin onun karyerasında önəmli təcrübə olduğunu vurğulayıb: “Ötən mövsümə “İmişli” ilə başlamışdım. Orada yaxşı təcrübə qazandım. Daha sonra qış transfer dönəmində “Şəfa”ya keçdim. Səviyyə baxımından elita I Liqadan qat-qat üstündür. Amma eyni zamanda meydançalar və komandaların oyun üslubu baxımından I Liqanın öz çətinlikləri mövcuddur. Ona görə də “Şəfa” da mənim üçün yaxşı təcrübə oldu”.

Futbolçu yeni mövsümlə bağlı planlarına da toxunub və elitaya dönüşün artıq yaxın olduğunu bildirib: “Bu il yenidən Premyer Liqada çıxış edəcəyəm. Artıq bir neçə klubla danışıqlar aparmışam. Transfer prosesi demək olar ki, yekunlaşmaq üzrədir. Yaxın günlərdə hansı klubda oynayacağım rəsmən açıqlanacaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: