“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi TNS-də ayrılıq baş verib.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Uels klubu hücumçusu Ken Çarlzla vidalaşıb.

25 yaşlı forvardın yeni komandası da artıq məlumdur. O, vətəni İngiltərədə “Maidstone Yunayted” klubu ilə müqavilə imzalayıb. Adıçəkilən komanda İngiltərənin Milli Liqasının cənub zonasında mübarizə aparır.

Qeyd edək ki, “Sabah”la TNS arasında ilk oyun iyulun 7-də və ya 8-də Azərbaycanda, cavab görüşü isə bir həftə sonra rəqib meydanında keçiriləcək.

Shares: