Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarında yeni rekorda imza atıb. 38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak edən ilk oyunçu olub.
Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kriştianu Ronaldo 22 oyunla ikinci yerdə qərarlaşıb.
Messi həmçinin DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb. Bununla da argentinalı ulduzun mundiallarda vurduğu qolların sayı 16-ya yüksəlib.






