“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubuna qarşı keçirəcəyi oyunların yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan çempionu rəqibini doğma stadionu olan “Bank Respublika Arena”da qəbul edəcək. Qarşılaşma iyulun 7-də və ya 8-də baş tutacaq.
Bir həftə sonra isə komandalar İngiltərədə üz-üzə gələcəklər. Belə ki, TNS təmsilçimizi ev oyunlarını keçirdiyi “Park Hall”da qəbul etməyi planlaşdırır. Bu arena İngiltərənin Uelslə sərhədində yerləşir.






