Seneqal millisinin baş məşqçisi Pap Tyav Fransaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyununu dəyərləndirib. O, rəqibin keyfiyyəti hesabına gedişatı dəyişdiyini deyib.

Mütəxəssis 1:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib: “İlk hissədə yaxşı oynadıq və epizodlarımız oldu. Fransa isə keyfiyyəti hesabına oyunun gedişini dəyişdi və qələbə qazandı. Növbəti matçlara baxacağıq. Uğurlu nəticə qazanmaq istəyirik”.

Shares: