UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan klublarından “Sabah”la “Qarabağ”ın da bu raunddakı potensial rəqibləri bəlli olub.
“Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasına uduzsa, “Flora” (Tallin, Estoniya) – “İberiya” (Gürcüstan) duelinin məğlubu ilə görüşəcək.
“Qarabağ” isə Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” komandasına uduzsa, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Litva) duelinin qalibi ilə görüşəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.






