Avroliqa turniri MBA-nın Avropaya gəlişinə cavab olaraq rəqabət qabiliyyətini artırmaq üçün işlər görür. Belə addımlardan biri də qurum üzvlərinin daha da artırılmasıdır.
Liqanın 2027-28 mövsümü üçün klubların sayını 24-ə çatdırmağı planlaşdırdığı bildirilir. “Mozzart Sport”a görə, 2028-29 və ya 2029-30 mövsümlərində 30 komandanın iştirakı gözlənilir. Genişlənmənin ilk mərhələsində 8 klub mövcud 13 üzvə qoşula və franşizaya çevrilə biləcək.
Xatırladaq ki, Avroliqanın son çempionu Yunanıstanın “Olimpiakos” klubudur. Finalda Pireydən olan komanda İspaniyanın “Real” klubunu 92:85 hesabı ilə məğlub edib. Bu, “Olimpiakos”un klub tarixində 4-cü və 2012-13 mövsümündən bəri ilk tituldur.






