41 yaşlı britaniyalı sürücü, yeddiqat Formula 1 çempionu Luis Həmilton öz həmyaşıdı braziliyalı futbolçu, “Çelsi”, “Milan” və PSJ klublarının keçmiş müdafiəçisi Tiaqo Silva və oğlu İsaqo ilə görüşüb.

Görüş Barselonada baş tutub. Kataloniya paytaxtında keçirilən mərhələdə Həmilton qalib gəlmiş, Tiaqo Silva isə “Ferrari” komandasının VİP qonağı olmuşdu.

Xatırladaq ki, Silva bu ilin yanvar ayında Avropaya qayıdaraq “Portu” ilə müqavilə imzalayıb, lakin mövsümün sonunda Portuqaliya komandasından ayrılıb. Bəzi şayiələrə görə, braziliyalı futbolçu “Milan”a qayıda bilər.

Shares: