Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmada “Qarabağ” – “Vestri” (İslandiya) cütünün qalibinin də növbəti mərhələdəki rəqibi bəlli olub.
Bu cütün qalibi ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” mərhələ adlasa, ilk oyunu evdə keçirəcək.
Türkiyənin “Beşiktaş” komandası isə bu mərhələdə “Midtyulland”la üz-üzə gələcək.
Bu mərhələnin oyunları 23 və 30 iyulda keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsi
Hammarbü (İsveç) – Anderlext (Belçika)
Qarabağ (Azərbaycan)/Vestri (İslandiya) – ÇSKA (Sofiya, Bolqarıstan)/Derri Siti (İrlandiya)
Tromse (Norveç) – Viktoriya (Plzen, Çexiya)
Tvente (Niderland) – Voyvodina (Serbiya)/Ferentsvaroş (Macarıstan)
Beşiktaş (Türkiyə) – Midtyulland (Danimarka)
Hayduk (Split, Xorvatiya)/Jilina (Slovakiya) – Pafos (Kipr)
Şerif (Tiraspol, Moldova)/Aluminiy (Sloveniya) – Makkabi (Təl-Əviv, İsrail)
Senkt Qallen (İsveçrə) – Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna)/Universitatya (Kluj, Rumıniya) – PAOK (Yunanıstan)






