İkiqat İspaniya çempionu Pau Qazolun investisiya şirkəti İspaniya qadın Premyer Liqasına (Liga F) 55 milyon avro investisiya qoymaq niyyətindədir. Bu barədə “Cadena Ser-in” məlumat verib.

Keçmiş basketbolçunun investisiya şirkəti olan “Gasol16 Ventures” peşəkar qadın futbol klublarının birliyi olan Liga F-ə kommersiya modelini peşəkarlaşdırmaq və beynəlxalq səviyyəyə çatmağı sürətləndirmək üçün 55 milyon avro investisiya qoymaq təklifində iştirak edir. Bu məbləğ qadın futbol liqası tərəfindən alınan ən böyük özəl investisiya və peşəkar qadın idmanı tarixində dünya üzrə ən əhəmiyyətli investisiyalardan biri olacaq.

Bundan əlavə, klubların birləşməsi yarışın kommersiya inkişafını, beynəlxalq mövqeyini, o cümlədən liqa və klubların uzunmüddətli modelinin böyüməsini təmin edəcək. Bu da Avropada qadın idmanına özəl kapital axını tendensiyasını bir qədər də möhkəmləndirəcək. Pau Qazolun investisiya firmasının aktivləri arasında ABŞ qadın peşəkar basketbol liqası WNBA və qadın futbol liqası olan NWSL-in “Bay FC” kimi digər qadın idman klubları və yarışları da var.

Məlumata görə, investisiya iyunun 29-da klubların fövqəladə ümumi yığıncağında təsdiqlənməlidir.

Shares: