“Qarabağ”ın Avropa Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub etsə ÇSKA (Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.





