ABŞ, Meksika və Kanadada futbol üzrə dünya çempionatı davam edir. Dünən qrup mərhələsi çərçivəsində ilk turda Fransa ilə Seneqal komandaları qarşılaşıb.
Argentinanın “DirectTvSports” televiziya kanalının şərhçisi bu oyun zamanı Fransanı “Afrika komandası” adlandırıb. İlk hissədən sonra şərhçi belə deyib: “Nyu-Cersidəki ilk hissə bitdi. Fransa ilə Seneqal 0:0 hesabı ilə fasiləyə yollanır. Afrika komandalarının oyununda hələlik qol vurulmayıb”.
Qeyd edək ki, buna səbəb Fransa millisinin heyətidir. Uzun illərdir ki, millinin heyətinin əsas hissəsini Afrika əsilli futbolçular təşkil edir. Bu dəfə də heyətdə yalnız bir fransız futbolçu olub.






