“Arsenal” argentinalı hücumçu Xulian Alvaresin transferi üçün “Atletiko” ilə razılığa gəlib. Bu barədə “El Chiringuito TV” sosial mediada məlumat verib.

Mənbənin məlumatına görə, transferin dəyəri 50 milyon avrodur. Müqaviləyə “topçular”ın isveçli hücumçusu Viktor Gyökereşin də daxil ediləcəyi və onun Madrid klubuna qoşulacağı gözlənilir. “Atletiko”nun baş direktoru Gil Marin “Barselona”nın prezidenti Joan Laportaya zəng edərək ona argentinalı hücumçunun “Blauqrana”ya satılmayacağını bildirib.

İspan klubuna “Mançester Siti”dən gedən Alvaresin 26 yaşı var. Ötən mövsüm argentinalı hücumçu 49 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun “qırmızı-ağlar”la müqaviləsi 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 100 milyon avrodur.

Shares: