DÇ-2026-nın qrup mərhələsinin I turunda Fransa yığmasına qol vuran Seneqal yığmasının üzvü İbrahim Mbaye tarixə düşüb.
Futbolinfo.az FIFA-ya istinadən xəbər verir ki, o, dünya çempionatlarında qol vuran ən gənc afrikalı futbolçu olub.
Mbaye 18 yaş 143 günlüyündə fərqlənib.
I qrupunun matçında Fransa yığması Seneqalı 3:1 hesabı ilə məğlub edib. Gənc futbolçu komandasının yeganə qolunu qarşılaşmanın 90+5-ci dəqiqəsində vurub.






