“Hazırda müxtəlif təkliflərim var və onların hər birini diqqətlə dəyərləndirirəm. Hansı klub olacağı ilə bağlı konkret qərar verməmişəm. Ona görə də bu mərhələdə ad çəkmək və ya detallara varmaq düzgün olmaz. Bir az gözləmə mövqeyindəyəm və gələcək addımımı tələsmədən atmaq istəyirəm”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şəfa”dan ayrılan Elvin İsmayılov deyib.

24 yaşlı yarımmüdafiəçi klubla yolların ayrılmasına da aydınlıq gətirib: “Şəfa” ilə yollarımızın ayrılması klub rəhbərliyinin qərarı ilə baş verdi. Mövsüm ərzində stabil performans göstərməyə çalışmışam. Məşqçi mənə nə vaxt şans verdisə, meydanda maksimumumu verməyə, komandanın oyununa fayda gətirməyə çalışmışam. Özümə görə pis çıxış etdiyimi düşünmürəm, əksinə verilən dəqiqələrdə imkanım daxilində yaxşı oynadığımı deyə bilərəm”.

Futbolçu gələcək hədəflərindən də danışıb: “Əsas məqsədim karyeramı daha yüksək səviyyədə davam etdirməkdir. Premyer Liqada oynamaq istəyirəm və bunun üçün çalışıram. O şansın gələcəyinə inanıram. Qalanını isə Allahdan xeyirli olan kimi görürəm və səbirlə gözləyirəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: