İran milli komandasının Tixuanadakı təlim-məşq bazasının yaxınlığında çürümüş cəsəd tapılıb. Bu barədə “Actu Foot” sosial media hesabında məlumat verilib. Mənbənin məlumatına görə, üzərində zorakılıq əlamətləri olan cəsəd qara torbaya bükülmüş vəziyyətdə olub.
Xatırladaq ki, Dünya Çempionatı iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. İran yığması Misir, Belçika və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alır.
Uzun müddətdir davam edən münaqişə səbəbindən İran millisinin mundialda iştirakı sual altında idi. Komandanın heyətində olan bəzi insanlar ABŞ vizası almaqda çətinlik də çəkirdi.






