Milli Hokkey Liqasında da mövsümə yekun vurulub. Stenli Kubokunun final seriyası 6-cı oyunda başa çatıb.
Seriyada 3:2 hesabı ilə öndə olan “Karolina Harrikeyns” komandası Las-Veqasda keçirilən görüşdə qələbə qazanaraq çempion olub – 3:0.
Qonaq komanda hər periodda bir şayba vurmağı bacarıb. Karolina təmsilçisi tarixində ikinci dəfə titulu əldə edib.
Onu da qeyd edək ki, komanda Stenli Kubokunda məğlubiyyət sayına görə MHL tarixində 2-ci nəticəni göstərib.
Baş məşqçi Brindamor eyni komanda ilə kapitan kimi də çempion olmuşdu. Bu da MHL tarixində 4-cü belə hadisədir.






