Daha bir ukraynalı mütəxəssis Azərbaycanda çalışa bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə sport.ua nəşri məlumat yayıb.

Bildirilib ki, Vladislav Lupaşkonun ölkəmizdə fəaliyyət göstərməsi istisna deyil. 39 yaşlı məşqçi özü açıqlamasında məlumatı təsdiqləyib. O, konkret olaraq Azərbaycan və Qazaxıstan klublarından təklif aldığını bildirib.

Lupaşko hətta müəyyən danışıqların aparıldığını, lakin hələlik heç kimlə anlaşmadığını söyləyib: “Mənim üçün əsas məsələ sadəcə yeni iş tapmaq deyil, inkişaf imkanı verən və perspektivli layihəyə qoşulmaqdır. Buna görə də təklifləri dəyərləndirərkən klubun məqsədlərinə və gələcək planlarına diqqət yetirirəm”.

Qeyd edək ki, Vladislav Lupaşko son klubu olan “Karpatı”dan ötən ilin dekabrında ayrılıb və hazırda işsizdir. Hazırda baş məşqçi postu boş olan 3 klubumuz var – “Sumqayıt”, “Kəpəz” və “Aarz-Naxçıvan”.

Shares: