Dünən DÇ-2026-nın ilk turu çərçivəsində baş tutan Kot-d’İvuar – Ekvador oyununun taleyini bir qol həll etdi.
Matçdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.
Afrikalıları çalışdıran Emerse Fae səbrli olduqları üçün vacib qələbə qazandıqlarını deyib: “Ekvador çox keyfiyyətli komandadır və bunu oyunun gedişində gördük. Futbolçularım matç ərzində diqqətli oynadılar və oyun planına sadiq qaldılar. Səbirli olmağımız vacib idi və sonda bunun bəhrəsini gördük. Qələbədən və komandanın göstərdiyi xarakterdən razıyam. Turnirə uğurlu başlamaq bizim üçün böyük əhəmiyyət daşıyır”.
Cənubi amerikalıları çalışdıran Sebastian Bekkaseçe isə məğlubiyyətə baxmayaraq matçdan razı qalıb: “Komandamın mübarizəsindən razı qalsam da, nəticə bizi məyus etdi. Oyunda qol vurmaq üçün kifayət qədər imkan yaratdıq, lakin son nöqtəni qoya bilmədik. Belə səviyyəli turnirlərdə buraxılan kiçik səhvlər baha başa gəlir. İndi bu matçı unutmalı və növbəti qarşılaşmaya köklənməliyik. Qarşıdakı oyunlarda daha yaxşı nəticə göstərə biləcəyimizə inanıram”.






