Ağ Evdəki tarixi turnir sensasiya ilə yekunlaşıb. İlya Topuriya karyerasında ilk dəfə məğlubiyyətlə üzləşib. İki kəmərə malik gürcü döyüşçü 17 qələbədən sonra Castin Geyciyə məğlub olub.
37 yaşlı amerikalı Geyci həmyerlimiz Rafael Fiziyev və Pedd Pimblet üzərindəki qələbələrdən sonra İspaniya vətəndaşı olan Topuriyanın da öhdəsindən gəlib.
Döyüş 4-cü raundda bitib. Geycinin zərbələrinə Topuriyanın sağ gözü davam gətirməyib. Nəticədə sekundantlar görüşü saxlamaq məcburiyyətində qalıblar.






