“Rəqibimiz güclü hücum xəttinə sahibdir. Nəticəni bu amil müəyyənləşdirdi”. Bunu Tunis yığmasının baş məşqçisi Sabri Lamuşi oyundan sonra mətbuat konfransında deyib.

F qrupu çərçivəsində keçirilən görüşdə skandinaviyalılara uduzan afrikalıların çalışdırıcısı fərdi səhvlərə görə cəzalandırıldıqlarını söyləyib: “Bu, çox böyük bir məğlubiyyətdir. Buraxılan qollara və fərdi səhvlərə nəzər salsaq, bu səviyyədə fərdi xətalar etdiyiniz zaman dərhal cəzalanırsınız. Fəsadlar göz qabağındadır. Rəqib çox güclü hücum xəttinə sahib idi və hər bir boşluqdan maksimum istifadə etdi. İndi dərhal bu oyundan dərslər çıxarmalıyıq. Qrupda hələ iki qarşılaşmamız var və mübarizəni davam etdirmək üçün bu səhvləri təcili şəkildə aradan qaldırmalıyıq”.

Shares: