Eyden Makkartinin “Sabah”a transferi “Kayzer Çifs”ə yüksək məbləğdə təzminat qazandırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Cənubi Afrika mətbuatı məlumat yayıb.

Bildirilib ki, 22 yaşlı mərkəz müdafiəçisi hələ apreldə “Kayzer Çifs”lə yeni müqavilə imzalamışdı. Həmin sözləşməyə salınan bəndə əsasən Avropa klublarından birindən sərfəli təklif gələrsə, Cənubi Afrika təmsilçisi transferə icazə verəcəkdi.

Eyden Makkartinin transfer qiyməti 600 min avroya bərabər göstərilir. “Sabah”ın keçid üçün nə qədər ödədiyi konkret bildirilməsə də, “Kayzer Çifs”in bu məbləğə yaxın qazanc götürdüyü vurğulanıb.

Qeyd edək ki, Eyden Makkarti “Sabah”la 3+1 illik müqavilə bağlayıb.

Shares: