“Kurasao yığması yaxşı futbol oynamağı bacarır”.
Futbolinfo.az xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Kurasao millisinə qarşı DÇ-2026-nın oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları oyunu şərh edib:
“Rəqib hesabı bərabərləşdirəndən sonra oyuna yenidən tam nəzarəti ələ almağımız üçün bir neçə dəqiqə lazım oldu. Kurasao da yaxşı futbol oynaya bilir, bunu gördük və qrupun növbəti mərhələsində onların necə çıxış edəcəyini maraqla izləyəcəyəm. Yeddi qol vurmağımızdan və ümumilikdə göstərdiyimiz oyundan çox razıyam. Turnirə qələbə ilə başlamaq həmişə vacibdir və bunu bacardığımız üçün sevinirik”.
Almaniya – Kurasao matçı Bundestimin 7:1 hesablı qələbəsi ilə bitib.






