Formula 1 üzrə Kataloniya qran-prisinə yekun vurulub. Barselonada keçirilən yarışda Lyuis Həmilton qalib olub. Britaniyalı sürücü “Ferrari”nin heyətində ilk qələbəsini qazanıb. Həmilton sonuncu dəfə 2 il əvvəl Belçikada birinci olmuşdu.
“Ferrari” pilotunun qələbə qazanmasında strategiyanın da rolu böyük əhəmiyyət kəsb edib. Vaxtında edilən pit-stoplar Lyuisə qalib gəlməyə imkan verib.
Çempionatın lideri Kimi Antonelli sona 4 dövrə qalmış texniki səbəblərindən yarışı dayandırıb. Buna görə də ikinci yeri “Mersedes”in digər sürücüsü Corc Rassel tutub. 3-cü yerdə isə daha bir britaniyalı Lando Norris qərarlaşıb. Qeyd edək ki, 1968-ci ildən sonra ilk dəfə fəxri kürsüdə 3 britaniyalı pilot olub.
Bu mərhələdən sonra Həmiton Antonelli ilə fərqi 41 xala endirib.






