“Böyük Dəbilqə” turnirlərinin 23 qat qalibi, 44 yaşlı amerikalı Serena Vilyams, yeddi dəfə bu cür titul qazanan bacısı Vinus ilə birlikdə qarşıdan gələn Uimbldon turnirində cütlüklərdə çıxış edəcək. Bu barədə “Sky Sports”un jurnalisti Angelo Mangiante sosial şəbəkədəki səhifəsində məlumat verib.
Mangiante həmçinin bildirib ki, hazırda Vinus Vilyamsın qarışıq cütlüklərdə dünyanın bir nömrəli tennisçisi italiyalı Yannik Sinnerlə, Serenanın isə Karlos Alkarasla oynaması üçün danışıqlar aparılır.
Xatırladaq ki, Uimbldon turniri iyunun 29-dan iyulun 12-dək Londonda keçiriləcək.






