“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi Ceyhun Bağırzadəni transfer edib.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan U-21 millisinin üzvü növbəti iki mövsümü “Şamaxı”da keçirəcək.
Ceyhun Bağırzadənin son komandası isə “Qəbələ-2” olub.
Xatırladaq ki, “Şamaxı” bunadək Sənan Muradlı, Emin Rüstəmov və Uğur Cahangirovu da heyətinə qatıb.






