Şotlandiya millisinin üzvü Con Makqinn yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, o, bunu DÇ-2026-nın Haiti ilə matçında (1:0) fərqlənməklə bacarıb.

Makqinn Şotlandiya yığmasının mundiallarda qol vuran ən yaşlı oyunçusu olub – 31 yaş 238 gün.

Əvvəlki rekord 1982-ci il Dünya Kubokunda 31 yaş 103 günlüyündə Yeni Zelandiyaya qarşı qol vuran əfsanəvi Kenni Dalqlişə məxsus idi.

Shares: