Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:1 (25:19, 22:25, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniya millisini 3:0 hesabı ilə məğlub edib.

Shares: