“Srvena Zvezda”nın hücumçusu Şavi Babika yeni komanda seçimində tələsmir.
Futbolinfo.az Serbiya mətbuatına istinadən xəbər verir ki, qabonlu forvard konkret olaraq 3 klub arasında seçim etməli olacaq. Bunlar Kiprin “Omoniya”, Yunanıstanın AEK və Azərbaycanın “Qarabağ” komandalarıdır.
Bildirilib ki, 26 yaşlı futbolçu hər üç klubla danışığını davam etdirir. Babikanın “Srvena Zvezda” ilə müqaviləsi 2028-ci ilin yayına qədər olsa da, futbolçunun Serbiya klubunda qalmayacağı dəqiqdir. Bu da o deməkdir ki, forvardı transfer etmək istəyən komanda “Srvena Zvezda”nın tələb etdiyi məbləği ödəməlidir.
Qeyd edək ki, Şavi Babika geridə qalan mövsümü icarə əsasında Türkiyə komandası “Fatih Karagümrük”də keçirib.






