Bu gecə DÇ-2026-nın qrup mərhələsi çərçivəsində daha iki oyun keçirilib.
F qrupunun ilk matçında Niderland Yaponiya ilə 2:2 hesablı heç-heçəyə razılaşmışdısa, digər görüş daha məhsuldar alınıb. Belə ki, qrupun digər oyununda İsveç Tunisə darmadağınla qalib gəlib.
Almaniyanın qrup rəqiblərinin görüşündə Kot-d’İvuar önəmli üstünlük qazanıb. Ekvadorla qarşılaşan afrikalılar matçın son dəqiqəsində vurduğu qolla qrup ikincisi olmaq imkanlarını artırıb.
DÇ-2026
F qrupu
İsveç – Tunis 5:1
Qollar: Y.Ayari, 7; 90+6. A.İsak, 39. V.Qyökereş, 59. M.Svanberq, 84 – O.Rekik, 43.
Xal: İsveç – 3, Yaponiya – 1, Niderland – 1, Tunis – 0.
E qrupu
Kot-d’İvuar – Ekvador 1:0
Qol: A. Bonni, 90.
Xal: Almaniya – 3, Kot-d’İvuar – 3, Ekvador – 0, Kurasao – 0.






