DÇ-2026-da D qrupunun bir oyunu baş tutub. Ev sahiblərindən ABŞ yığması Paraqvayla üz-üzə gəlib.
5 qolun vurulduğu matçda mundialın ilk böyük hesabı qeydə alınıb. Həm də ilk avtoqolun reallaşdığı matçda amerikalıların qələbəsi reallaşıb – 4:1.
DÇ-2026
D qrupu
ABŞ – Paraqvay 4:1
Qollar: D.Bobadilla, 7 (avtoqol). F.Bolaqun, 31; 45+5. C.Reyna, 90+8. – Maurisio, 73.
Qrupun digər matçında Türkiyə Avstraliya ilə qarşılaşacaq. İyunun 14-də keçiriləcək görüşə saat 08:00-da start veriləcək.






