İngiltərə millisi dünya çempionatında oğurluq hadisəsi ilə üzləşib. Komandanın ABŞ-də keçirəcəyi ilk məşqdən əvvəl futbolçulara məxsus oyun butsları, turnirin rəsmi topları və əsas məşq avadanlıqları oğurlanıb.
Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, yüklər arasında cəmi bir futbol topu qalıb. Təhlükəsizlik xidməti oğurluqda avadanlıqların daşınmasını etibar etdikləri sürücülərin əli ola biləcəyindən şübhələnir. Hazırda İngiltərə Futbol Assosiasiyası oğurlanmış əşyaların geri qaytarılması üçün yerli polis ilə əməkdaşlıq edir.
İngiltərə yığması DÇ-2026-da ilk oyununu iyunun 17-də keçirəcək və rəqibi Xorvatiya millisi olacaq. Daha sonra komanda iyunun 23-də Qana, iyunun 28-də isə Panama yığması ilə qarşılaşacaq.






