Daha bir portuqaliyalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcək.
Futbolinfo.az “Record” nəşrinə istinadən xəbər verir ki, Portuqaliyanın “San Joao de Ver” klubunun sol cinah müdafiəçisi Jota yeni mövsümdən Misli Premyer Liqasında oynayacaq. Çünki 25 yaşlı oyunçu “Şamaxı” ilə anlaşıb.
III Liqa klubundan ayrılan Jotanın hətta “Şamaxı” ilə ilkin müqavilə imzaladığı da bildirilir. Tibbi müayinədən keçdikdən sonra isə tərəflər münasibətləri rəsmiləşdirəcəklər.
Qeyd edək ki, “Boavişta”nın yetirməsi olan Jota karyerası ərzində yalnız Portuqaliyada çıxış edib.







