Dünən Adil Şükürovu istefaya göndərən “Səbail”in yeni baş məqşçisi açıqlanıb. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Elnur Abdullayevin son iş yeri II Liqada çempion olduğu “Şahdağ Qusar” komandası olub. “Səbail”i bu komandanın keçmiş idarəçilərinin aldığını nəzərə alsaq, gözlənilən addımdır. Qubalı iş adamları öz işçi komandasını bura köçürür, daha sonra isə “Səbail”in adını dəyişərək klubu bölgəyə aparacaqlar.






