Kiprin APOEL klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transferində israrını davam etdirir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, nikosiyalılar yay fasiləsində keçidi reallaşdırmaq üçün əlindən gələni edir.

APOEL rəhbərliyi hətta vaxt itirmədən Emrelinin klubu “Kayzerslautern”ə rəsmi təklif də göndərib. Almaniya təmsilçisi isə hələlik bu təklifi cavablandırmayıb. Lakin “Kayzerslautern” rəhbərliyi və futbolçu özü də ayrılığa qarşı deyil. Bu səbəbdən 28 yaşlı forvardın APOEL-ə transferi istisna edilmir.

Qeyd edək ki, Mahir Emrelinin “Kayzerslautern”lə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Shares: