“Keşlə”nin (indiki “Şamaxı”) sabiq futbolçusu Artur Batista növbəti dəfə komandasını dəyişib.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi Braziliyadakı çıxışını davam etdirəcək.

“Amerika Mineyro”dan ayrılan oyunçu C Seriyasında mübarizə aparan “Londrina” ilə müqavilə imzalayıb. Parana klubu onunla 2027-ci ilin sonuna qədər sözləşmə imzalandığını rəsmi saytı vasitəsilə açıqlayıb.

İlk peşəkar klubu ölkəsində “İnternasional” olan Artur karyerasında 14-cü dəfə komanda dəyişib. O, 2020-2021 mövsümündə “Keşlə”nin formasını geyinib.

Shares: